Parlament seçkilərindən sonra Milli Məclis diffamasiya haqqında qanunu müzakirə edə bilər

6 Sentyabr 2010 22:02 (UTC+04:00)
"Ümidvaram ki, Azərbaycan parlament seçkilərindən sonra Milli Məclis ölkədə media azadlığının inkişafına müsbət təsir edəcək "Diffamasiya haqqında" qanunun müzakirəsinə başlayacaq". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel verib. O, kütləvi informasiya vasitələri ilə bağlı məsələlərin Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə mütəmadi olaraq müzakirə olunduğunu deyib. Bu gün təqdim olunan, Mətbuat Şurası ilə ATƏT-in Bakı Ofisinin birgə hazırladığı "Jurnalistlərin Peşəkar Davranış Qaydaları"nı şərh edən səfir bildirib ki, bu təqdimat Azərbaycan mətbuatının inkişafına daha bir təkan vermiş olacaq.