Ziyafət Əsgərov: “Ermənistan rəhbərliyi insan dilində danışmağı bilmir” - MÖVQE

6 Sentyabr 2010 22:00 (UTC+04:00)

"Bilirisiniz ki, Ermənistan mütəmadə olaraq atəşkəs rejimini pozur. Məqsəd aranı qarışdırmaq və danışıqlardan qaçmaqdır. Bilirsiniz ki, Ermənistan masa üzərində qoyulan yenilənmiş "Madrid prinsipləri"ndən qaçır və danışıqlardan uzaqlaşır. Mümkün qədər çalışır ki, bu prosesi uzatsın". Bu sözləri SİA-ya açıqlamasında milli məclisin vitse spikeri Ziyafət Əsgərov son zamanlar təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütamədi olaraq atəşkəs rejimini pozmasına münasibət bildirərəkən söyləyib. Onun sözlərinə görə, rəsmi İrəvan araya belə bir provakasiya salmaqla çalışır ki, münasibətləri gərginləşdirsin və danışıqların vaxtını uzatsın: "Onların məqsədi yalnız bundan ibarətdir. Ona görə də mən hesab edirəm ki, dünya birliyi, dünya ictimayyəti Ermənistana təziqini artırmalıdır. Nəhayət, Ermənistan son sözü deməlidir. Görək, onlar sülhə gedir, yoxsa getmir. Sülhə gedirsə getsin, getmirsə biz işimizi bilək və dünya ictimayyəti də bilsin ki, günahkar kimdir, günahı olmayan tərəf kimdir".

 

Mübariz İbrahimovun cəsədinin iki aydan artıq Ermənistan tərəfində qalmasına gəlincə Z.Əsgərov bildirib ki, ermənilərin bu addımı insanlığa sığmayan bir rəftardır: "Bu insanlığa sığmayan bir vəhşilikdır. Burada insanlıq adında bir şey yoxdur. Bu insanlar, əgər onlara insan demək olarsa, niyə cəsədi qaytarmırlar? Nə ad qoymaq olar? Bütün dünya ictimayyəti bilir, bütün beynəlxalq təşkilatlara müraciət olunub. Lakin nəticə yoxdur. Ermənilər insan adına laiq olsaydılar, onlar Xocalı soyqırımını törətməzdilər, bu cür hərəktlərə yol verməzdilər. Ona görə də mən həmişə demişəm, indidə deyirəm, onlarla aparılan danışıqlar nəticə verməsə Azərbaycan digər yollara əl atacaq. Bu məslənin həllinin yalnız Azərbaycan iqtisadiyyatından, ordusundan asılı olduğu reallıqdır. Çünki Ermənistan rəhbərliyi insan dilində danışmağı bilmir".