Azərbaycan-Albaniya qarşılaşması millimizin qələbəsi ilə başa çatıb

5 Sentyabr 2010 06:20 (UTC+04:00)

Sentyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Albaniya yığmasını qəbul edib.

SİA-nın məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın 16-cı dəqiqəsində Bəxtiyar Soltanov topu rəqib qapısından keçirərək Azərbaycan millisini hesabda önə çıxarıb. Görüşün 37-ci dəqiqəsində Mirhüseyn Seyidov oyunda fərqlənərək milli komandamızın ikinci qolunu vurub.

Altı dəqiqə sonra Cavid Qurbanov yığmamızın üçüncü topunu rəqib qapısından keçirib. Matçın birinci hissəsinin son dəqiqəsində albaniyalı futbolçu Sokol Çikalleşi buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 88-ci dəqiqəsində Albaniya millisinin futbolçusu Bekin Bala komandasının ikinci topunu Azərbaycan yığmasının qapısından keçirib.

Beləliklə, qarşılaşma 3:2 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.