Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ baş verib

4 Sentyabr 2010 10:14 (UTC+04:00)

Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ olub. SİA-nın xəbərinə görə, ABŞ-ın Geoloji xidmətinin yaydığı məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:35-də qeydə alınıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələnin mərkəzi Kraystçerç şəhərindən altı kilometr cənubda, 34 kilometr dərinlikdə olub.

Dağıntı və insan tələfatı barədə heç bir məlumat verılməyib.