Milli Məclisə seçkilər noyabrın 7-də keçiriləcək

4 Sentyabr 2010 06:35 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.