Ermənilərdən daha bir həyasızlıq - FOTO

4 Sentyabr 2010 02:27 (UTC+04:00)

Türkiyədə keçirilən basketbol üzrə dünya çempionatının simvolu kimi tanınan "Baskat"ın Van pişiyi olduğu bütün dünyaya bəllidir. SİA-nın məlumatına görə, erməni mənbələri untanmazcasına bunun erməni pişiyi olduğunu iddia edirlər.

 

Belə ki, news.am erməni xəbər saytında dünya çempionatının rəsmi simvolu olan Van pişiyinin Ermənistanın simvolu olduğu iddia edilir.

 

Qeyd edək ki, Van pişiyinin əynində Türkiyə bayrağının rəngləri olan qırmızı - ağ forma var. Türkiyə milli komandasının 10 nömrəli forması geyindirilmiş bu pişiyə 1 ay müddətində səsvermə ilə ad verilib. Səsvermə nəticəsində pişiyin adı "Bascat" olub və basketbol üzrə dünya çempionatının rəsmi simvolu seçilib.