"Qarabağ" klubunun rəsmi saytı yeni serverə keçərək daha operativ vəziyyətdə çalışacaq

4 Sentyabr 2010 00:59 (UTC+04:00)

Məlum olduğu kimi Azərbaycanın ilk klub saytı olan www.qarabagh.com 6 illik keçmişə malikdir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumat əsasən, 2004-cü ildən bu günə qədər "Qarabağ" Futbol Klubunun bütün oyunlarının fotoları, qolları, xəbərləri, videoları və başqa faylları ilə yüklənən saytın iş rejimi təbii olaraq ağırlaşmışdı. Məhz zəngin arxivin yaratdığı lənglik oxucuların haqlı olaraq narazılığına səbəb olurdu.

Amma artıq bu problem arxada qalıb. "Qarabağ" klubunun rəsmi səhifəsi yeni serverə keçərək daha operativ vəziyyətdə çalışacaq. Artıq səhifəyə daxil olan zaman ani tıklayış kifayət edəcək. Yeni serverə köçürülməsi zamanı saytın zəngin arxivə malik olması prosesin bir qədər uzun sürməsinə səbəb olub.

Yaxın zamanlarda sayda son tamamlama işləri də başa çatacaq. Qeyd edək ki, yaxın zamanlarda www.qarabagh.com Azərbaycanda ilk olan, unikal layihələrə hüzurunuza gəlməyi planlaşdırır.