Sentyabrın 3-də Bakı Dövlət Universitetində (BDU) Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilib.
SİA-nın məlumatına görə, BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimdə çıxış edərək Rusiya Prezidenti Dmitri Medvedevin həyat və fəaliyyətinin əsas mərhələlərindən, təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığından danışıb.
Sonra Abel Məhərrəmov Böyük Elmi Şuranın Rusiya Prezidentinə BDU-nun fəxri doktoru adı verilməsi barədə qərarını oxuyub.
Rusiya Prezidenti mərasimdə nitq söyləyib. Prezident Medvedev ona göstərilən şərəfə görə Azərbaycanın bu qocaman ali məktəbinin Elmi Şurasının üzvlərinə təşəkkürünü bildirib.