Lənkəran rayonunda silahlı insident baş verib.Lənkəran Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 3-də saat 00.15 radələrində rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə "Vinçestr" markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1885-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.
Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hələlik Masallı rayon sakinləri Hümbətov Ramin İlham oğlu və Bağırov Emin Bədəl oğlu şübhəli şəxs qismində saxlanılıblar. Basqında iştirak etmiş digər cinayətkarların yaxalanması istiqamətində tədbirlər görülür.