"Simurq"un mətbuat xidmətinin rəhbəri istefa verib

3 Sentyabr 2010 19:03 (UTC+04:00)
"Simurq" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Bağırov postundan istefa verib. SİA-nın klubun rəsmi saytından əldə etdiyi məlumata görə, R.Bağırov öz istəyi ilə kludan ayrılıb. 2008-ci ilin fevralından bu vəzifəni tutan R.Bağırovun vəzifəsini icra edəcək yeni əməkdaş da artıq bəlli olub. Belə ki, artıq bu vəzifəni İnqilab Bədəlov yerinə yetirəcək.