Qərb bölgəsində 27 kq 940 qram narkotik vasitə dövriyyədən çıxarılıb

3 Sentyabr 2010 03:16 (UTC+04:00)

Qərb bölgəsində narkotik vaistələrin satışı və istifadəsi ilə bağlı 26 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu ilin ötən dövründə qərb bölgəsində 27 kq 940 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu vasitələrdən çoxu marixuana və heroindir.

Bu barədə SİA-nın bölgə müxbirinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov bildirib. Onun sözlərinə görə, ötən illə müqayisədə cinayət faktlarının sayı azalıb.

Qeydə alınan faktlar üzrə isə 26 nəfər məsuliyyətə cəlb edilib.