Millimiz Almaniya ilə matça yeni formada çıxacaq - FOTOSLAYD

3 Sentyabr 2010 01:45 (UTC+04:00)
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Köln şəhərində keçiriləcək Almaniya – Azərbaycan oyununa millimizin futbolçuları yeni formalarda çıxacaqlar. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müasir dizaynı və yüksək keyfiyyəti ilə seçilən bu formalar İngiltərənin "Umbro" firması tərəfindən istehsal olunub.