Saxlanılan Şirvan sakinindən 10 qram heroin götürülüb

2 Sentyabr 2010 21:10 (UTC+04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan sakini saxlanılıb. İdarənin Qərb Regional şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan Zabit Əliyevdən 10 qram heroin götürülüb.

Qeyd edək ki, Şirvan sakini Zabit Əliyev əvvəllər 5 dəfə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.