Sabunçuda ölümlə nəticələnən yol qəzası baş verib

2 Sentyabr 2010 00:24 (UTC+04:00)

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində Ramana qəsəbə sakini Ramin Vəliyevin idarə etdiyi "Mercedes" markalı və Nardaran qəsəbə sakini İlqar Hüseynəliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşublar.

 

Nəticədə İ.Hüseynəliyev hadisə yerində ölüb, xəsarət alan R.Vəliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hazırda faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.