Kamoranezi “Ştutqart”a transfer olub

1 Sentyabr 2010 19:09 (UTC+04:00)
"Yuventus" klubunun futbolçusu Mauro Kamoranezi "Ştutqart"a transfer olub. SİA-nın məlumatına görə, artıq futbolçunun bütün sənəd işləri həll olunub. Yarımmüdafiəçi yeni klubu ilə 1+1 formatında müqavilə imzalayıb.
Qeyd edək ki, bu futbolçunu "Qalatasaray" klubu da heyətinə qatmaq istəyirdi.