2012- ci ildə böyük təhlükə gəlir

1 Sentyabr 2010 10:54 (UTC+04:00)

Astronomlar bu ayın əvvəlində dünyada maraqlı işıq görüntülərinə səbəb olan daha böyük günəş fırtınasının gəlməkdə olduğunu xəbər veriblər. SİA-nın məlumatına görə, 2012-ci ildə baş verəcəyi ehtimal edilən böyük fırtınanın 100 milyon hidrogen bombasının gücünə bərabər qüvvə ilə dünyanı silkələyəcəyi iddia edilir. Amerika mediasının verdiyi xəbərlərə görə, NASA bu ay yaşananların yalnız Günəşdə hazırlanmaqda olan nəhəng fırtınanın xəbərçisi olduğunu bildiriblər.

2006-cı ildən bəri bu fəlakəti müşahidə edən NASA-nın xəbərdarlığına görə, fırtına 2012-ci ildə dünyanı vurduğunda, planetdə böyük problemlər yaşana bilər. 1859 və 1921-ci illərdə yaşanan oxşar fırtınaların ardından dünya daxilində bir xaos yaşanmış, teleqraf xətləri sıradan çıxmışdı.

Araşdırmaçılar yaşadığımız texnologiya əsrində haqqında danışılan fırtınanın çox daha böyük diametrdə ziyana səbəb ola biləcəyini söyləyirlər. Astronomiya üzrə mütəxəssis və yazar Dav Reneke deyib ki, astronomların ümumi qənaəti 2012-ci ildə yaşanacaq fırtınanın son 100 ilin ən gücülüsü olacağı yönündədir: "Belə bir fəlakət ondan ən çox təsirlənəcək, ziyan görəcək insanlar və ya qurumlar tərəfindən ciddiyə alınmalı, hava yolları, rabitə və informasiya şirkətləri və GPS sistemiylə çalışan hər kəs hazırlıqlı olmalıdır."

NASA-nın hazırladığı bir hesabata görə, belə bir fəlakət əgər bu gün yaşansa 1- 2 trilyon dollar arası zərərə səbəb olacaq və zərər görən sistemlərin tam təmiri üçün 4 -10 il arası bir müddət lazım olacaq.