İranlı hakerlər ABŞ, Fransa və Böyük Britaniyanın saytlarına hücum ediblər

1 Sentyabr 2010 10:28 (UTC+04:00)

İranlı hakerlər ABŞ, Fransa və Böyük Britaniyanın 1000-ə yaxın hökumət saytına hücum ediblər. Hücum "ASHİYANE Grup" tərəfindən İranda terrorizmlə mübarizə günü münasibətilə həyata keçirilib.

SİA-nın məlumatına görə, "ASHİYANE Grup"un rəhbəri Behruz Kəmaliyan bu hücumun səbəbini açıqlayıb və bildirib ki, 1981-ci il avqust 30-da İranın Prezidenti və Baş naziri Məhəmmədəli Rəcayi və Məhəmmədcavad Bahunərin terrorçu münafiqlər qruplaşması tərəfindən öldürülməsi günü ilə bağlı həmin terrorçu qruplaşmanın himayəçiləri olan ABŞ, Böyük Britaniya və Fransanın 1 000-ə yaxın hökumət saytlarına hücum olunub.

O, həmçinin qeyd edib ki, həmin saytların birinci səhifəsində şəhid Rəcayi və şəhid Bahunərin şəkilləri və "ASHİYANE Grup"un etirazı iki dildə - fars və ingilis dillərində yerləşdirilib.