Vahid Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib

1 Sentyabr 2010 06:05 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Vahid Ələkbərovun "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, V. Ələkbərov bu ordenə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə layiq görülüb.