Elmar Məmmədyarov Niderlandın yeni təyin olunmuş səfirini qəbul edib

1 Sentyabr 2010 05:44 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Aryen Uyterlindeni qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən A. Uyterlinde Azərbaycana səfir təyin olunmasından məmnunluğunu dilə gətirib. Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan qonaq fəaliyyəti dövründə əlaqələrin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

E. Məmmədyarov isə holland diplomatı təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb.