“İnter” bu gün toplanacaq

31 Avqust 2010 20:52 (UTC+04:00)

"Neftçi" komandası ilə görüşdən sonra "İnter" qısamüddətli istirahətə yollanmışdı. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, komanda bu gün toplanacaq və "Şəfa" stadionunda məşq edəcək.
Məşqə milli komandalara yollanmış futbolçular qatılmayacaqlar. Baş məşqçi Berti Foqts Aleksandr Çertoqanovu, Səlahət Ağayevi və Vladimir Levini milli komandaya çağırıb. Qeyd edək ki, sonuncu hələ də zədəlidir və onun Almaniya yığmasıyla qarşılaşmada meydana çıxması böyük sual altındadır.

Bundan başqa, Dmitri Kruqlov Estoniya yığmasına, Girts Karlsons Latviya millisinə, Robertas Poşkus isə Litva yığmasına çağrılıb.