Qubadlı haqqında sayt/bloq istifadəyə verilib

31 Avqust 2010 19:18 (UTC+04:00)
"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qubadlı rayonu haqqında yeni sayt/bloq istifadəyə verib. Birlikdən SİA-ya verilən xəbərə görə, bloqların yaradılması "Mənim Qarabağım, Mənim Azərbaycanım" devizi altında həyata keçirilir. Daha ətraflı: http://www.mygubadli.wordpress.com/

Qeyd edək ki,"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Artıq birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib. Bugünə qədər artıq Şuşa, Laçın, Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl haqqında bloqlar istifadəyə verilib.