Bu gün yay transfer dövrü başa çatır

31 Avqust 2010 18:41 (UTC+04:00)
2010-2011 futbol mövsümünün 8 iyunda başlamış yay transfer dövrü bu gün başa çatır. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün komandaların heyətinə cəlb etdikləri yeni oyunçuları PFL-də qeydiyyatdan keçirməsi üçün son gündür.

Qeyd edək ki, qış transfer dövrü 14 yanvar - 11 fevral 2011-ci il tarixlərini əhatə edəcək.