UEFA Regionlar Kubokundakı təmsilçimiz 2-ci oyununda da məğlub olub

31 Avqust 2010 18:26 (UTC+04:00)
UEFA Regionlar Kubokundakı təmsilçimiz "Çevik" qrupda ikinci oyununu keçirib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Moldovanın "Yaloven" komandası ilə qarşılaşan təmsilçimiz 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Çevik" qrupdakı son oyununu sentyabrın 1-də, Bakı vaxtı ilə saat 19:00-da, Ukraynanın Çerniqov şəhərindəki Yuri Qaqarin adına stadionda Latviyanın "Flaminko" komandasına qarşı keçirəcək.