Röya “Gün gələr” deyib mövsümə yekun vurdu

31 Avqust 2010 10:29 (UTC+04:00)
Azərbaycanın regionlarını qarış-qarış gəzən müğənni Röyanın növbəti dayanacaq yeri Nabran əyləncə kompleksi olub. SİA-ın məlumatına görə, müğənni bu dəfə də anşlaqla keçən konserti ilə mövsümə möhürünü vurub.

"Gün gələr" adlı konsert proqramında müğənni ilə yanaşı həmkarları Əkbər, Samir Cavadzadə, Zamiq də iştirak edib və ən sevilən mahnılarını ifa ediblər.

Röya konsertdə ilk dəfə olaraq Əkbərlə duetini ifa edib. Onlar birlikdə "Qəlbdən-qəlbə" adlı mahnılarını səsləndiriblər. Müğənni bu dəfə də səhnə şouları və zarafatları ilə yadda qalıb.