9 marşrut xətti üzrə olan avtobusların hərəkətində dəyişiklik edilib

31 May 2017 13:03 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.

Mövsümü xarakterli dəyişikliyə əsasən 01.06.2017 tarixindən:

107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə,

172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına,

173 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə,

179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən "Qızılqum" sanatoriyasına,

189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına,

141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil" çimərliyinə,

108 və 134 nömrəli marşrut xətti avtobuslar "Görədil" və "Fatmayı" bağlarına,

210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan" bağlarına qədər fəaliyyət göstərəcək.