Xəbər verdiyimiz kimi, "Maşın şou"nun üçüncü günündə rejissor Kənan MM aktyor Səbuhi Xanlarova qalib gəlib. SİA-nın məlumatına görə, bununla bağlı olaraq Kənanın həyat yoldaşı, müğənni Aygün Mahmudova hər kəsə təşəkkür edərək, maraqlı məqamlara toxunub: "Dəstəyə görə çox sağ olun, hamınızı sevirəm. Bu həyat çox maraqlıdır, bilirsiniz niyə?! Kənan Səbuhi Xanlarova "Ay Brilliant" filmində rol verib, qabağa çəkib. O, isə Kənanı özünə rəqib görür. Orada çıxardılası nə qədər adam var idi, ayıbdır. Bir daha əmin oldum ki, xalqın gözü tərəzidir. Allah hər kəsə ürəyinə görə versin".
Aygün veriliş zamanı Kənana görə göz yaşı tökən Pərvin Abıyeva haqqında da fikir bildirib: "Əmin olduğum bir şey də var ki, Kənanın ən yaxın dostu, bacısı Pərvin Abıyevadır. O, əsl dost və bacıdır. Pərvin haqda artıq-əskik yazan olsa blok olunacaq. Bəsdirin, boş-boş sözlər yazdınız. Pərvin Kənanın, yəni həyat yoldaşımın bacısı və dostudur".