Azərbaycanda bir qrup jurnalistin təmsil olunduğu "Mətbuat qeyri-rəsmi" Qrupu jurnalistlərinin növbəti səfəri Lənkəran rayonuna olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində Azərbaycan mətbuatının müxtəlif orqanlarından olan 20-dən çox jurnalist Lənkəranda görüşlər keçiriblər. Səfərdə iştirak edən Səs TV, SİA, Report, Femida.az, MuzTV-nin, APA, Lent.az, Trend, Azadinform agentliklərinin, o cümlədən ayr-ayrı saytların və qəzetlərin əməkdaşları "Yaşıl çay" FT MMC-nin çay plantasiyasına baş çəkib, iş prosesi ilə tanış olublar.
Jurnalistləri müəssisənin rəhbəri Araz Yağubov qarşılayıb və qonaqları salamladıqdan sonra təsərrüfat barədə mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirib ki, ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilib. Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Odur ki, ildən-ilə məhsul istehsalı artır. Rəhbəri olduğum müəssisə əsasən çayçılıq və heyvandarlıq sahələrinin inkişafı ilə məşğuldur. 300 baş mal-qara, 61 hektarda çay plantasiyasından savayı, ötən il 1,2 hektarda 10.150 ədəd tut tingi əkini, həmçinin 40 hektarda taxıl və sair tərəvəz, bostan məhsulları əkini keçirmişik. Hazırda payızda daha 30 hektarda çay əkini aparmaq üçün 1 hektarda çay tingliyi salınır. Təsərrüfatımızda ailə üzvlərimizlə bərabər 80 yaxın kənd sakini çalışır. Mini çay emalı seximiz fəaliyyət göstərir. Hazırda müəssisəmizdə ekoloji təmiz "Buket", Gül çayı", "Premium", Feyxoa çayı, "Narın çay" və "Ekstra" növ çaylar istehsal olunur. Bu ildən daha 3 növdə - "Zəncəfil çayı", "Kəklikotu çayı", Nanə çay"ı və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq. Bütün fəaliyyətimizi cənab Prezidentin tələb və göstərişlərinə uyğulaşdırmağa çalışacağıq.
Daha sonra Araz Yağubov jurnalistləri maraqlandıran ayrı-ayrı suallara cavab verib.
Çay plantasiyasında xatirə şəkilləri çəkilib.
Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub.
Qeyd edək ki, qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Yelena Sidorenko, Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 200-dən çox üzvü var. Qrup indiyə kimi Azərbaycanın bir sıra turistik bölgələrinə kollektiv jurnalistlərin səyahətini təşkil edib.
Sərraf Mirsəfəroğlu
.jpg)
.jpg)