Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib

27 May 2017 12:52 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri Tendürek dağı ətrafında antiterror əməliyyatı keçirib. Hava əməliyyatında hücuma keçməyə hazırlaşan 20 PKK terrorçusu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahı məlumat yayıb. Hava əməliyyatında terrorçulara aid mağara və üç silah-sursat anbarı da məhv edilib.

Qeyd edək ki, dünən Tendürek dağı bölgəsində həyata keçirilmiş əməliyyatda 9 terrorçu zərərsizləşdirilib.