İndoneziyanın paytaxtı Cakartada baş verən iki partlayış nəticəsində 3 polis əməkdaşı ölüb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin ehtimala əsasən, iki terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu işə salıblar.
Hadisə nəticəsində 10 nəfər yaralanıb, onlardan 5-in asayiş keşikçisi olduğu bildirilir. Partlayışlar avtobus dayanacağında baş verib. Paytaxt polisindən verilən məlumata görə, partlayışları törədənlərin şəxsiyyətləri müəyyənləşdirilir. Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.