Türkiyədə FETÖ-ya qarşı növbəti əməliyyat təşkil olunub

24 May 2017 13:08 (UTC+04:00)

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) Ankara böyükşəhər bələdiyyəsindəki üzvlərinə qarşı əməliyyat keçirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara prokurorluğunun icra etdiyi istintaq çərçivəsində 79 nəfərin saxlanılmasına sanksiya verilib. Şübhəliləridən 60-ı Ankara Böyükşəhər Bələdiyyəsinin, 19-u isə rayon bələdiyyələrinin əməkdaşıdır.

Şübhəli şəxslərin fətullahçıların şifrəli mesajlaşma sistemi olan "Bylock"-dan istifadə etdikləri müəyyən edilib.