“Facebook”da yemək sifarişi YENİLİK

22 May 2017 10:17 (UTC+04:00)

"Facebook" daha bir yeniliyə imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan sonra sosial şəbəkənin xüsusi servisi vasitəsilə yemək sifariş etmək mümkün olacaq.

"Facebook"la əməkdaşlığa razılıq verən fast-food restoranlarının menyusu həmin servisə daxil edilib. İstifadəçilər servis vasitəsilə restoranların menyusu və qiymətləri ilə tanış olduqdan sonra istədikləri məhsulu sifariş edə biləcəklər. Hələlik yenilik yalnız ABŞ ərazisində keçərlidir. Lakin yaxın zamanlarda bu servis bütün Avropa ərazisinə adaptasiya olunacaq.