Müğənni Zamiq Hüseynovun başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçının "Youtube" kanalı bir neçə gün əvvəl şikayət edilərək bağlanıb. Bu haqda ifaçının özü xəbər verib: " "Youtube" kanalımın bağlanma səbəbini bizi gözü götürməyənlər bilir. Niyə bunu elədilər? Neçə gün bunun üstündə işlədik, məktublar yazdıq. Nəticədə gördülər ki, rəsmi səhifədir və təsdiqlədilər. "Youtube" kanalım bərpa olundu".