Taekvando yarışlarında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberlə ilə üz-üzə gəlib.
SİA xəbər verir ki, rəqibindən 19:7 hesabı ilə üstün olan Rio Olimpiadasının bürünc medalçısı "Bakı-2017"də ilk qələbəsini qazanaraq növbəti mərhələyə adlayıb.