"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında karatenin kumite yarışlarında Azərbaycan idmançısı Fəridə Əliyeva (+68 kq) gümüş medala yiyələnib.
SİA-nın məlumatına görə, idmançımız finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olub. F.Əliyeva karateçilərimizin aktivinə ikinci gümüş medalı yazdırıb.
Bürünc medalları isə Əlcəzair təmsilçisi Atif İmene və iranlı Mohadaseh Aghaei qazanıblar.
Yarışa dörddəbir finaldan qoşulan F.Əliyeva rəqibi əlcəzairli Atif İmeneni məğlub edib. Karateçimiz yarımfinalda pakistanlı Nargis Nargisdən 1:0 hesabla üstün olub.
Xatırladaq ki, Fəridə Əliyeva gənclər arasında dünya çempionatının bürünc medalçısıdır.