8 atıcımız finala vəsiqə qazanıb Qadınlar

13 May 2017 13:28 (UTC+04:00)

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışında qadınlar arasında 10 metrdən pnevmatik tüfənglə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.

SİA xəbər verir ki, yarışın final mərhələsinə İran, Özbəkistan, Oman, Banqladeş və Tacikistandan 8 idmançı vəsiqə qazanıb.

Təsnifat mərhələsində Azərbaycanı Jalə Bayramova, Xəyalə Hüseynli və Nəzrin Salamzadə təmsil ediblər.