"Bakı-2017": Kişi həndbolçuların yarışında təsəlliverici görüşlər keçirilir

12 May 2017 09:27 (UTC+04:00)

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında həndbol yarışlarında 7-8-ci və 5-6-cı yerlər uğrunda oyunlara start verilib. SİA-nın məlumatına görə, günün ilk qarşılaşması qrup mərhələsində bütün görüşlərini məğlubiyyətlə başa vurmuş Pakistan və İordaniya arasında keçirilir. Hər iki komandanın nəticəsi 7-ci və 8-ci yerlərin sahiblərini müəyyən edəcək. Digər oyunda isə Azərbaycan və Mərakeş yığmaları üz-üzə gələcək. Hər iki kollektiv qrup mərhələsini üçüncü pillədə başa vurub.

Qadın və kişi həndbolçular arasında yarımfinal görüşləri mayın 13-də keçiriləcək.