Peterburq terroru ilə bağlı yeni xəbər

12 May 2017 01:18 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Sankt-Peterburq terrorunu törədən Əkbərjon Cəlilovla əlaqəli daha bir Mərkəzi Asiyadan olan şəxsi yaxalayıb. Axar.az xəbər verir ki, bu barədə elə sözügedən qurum məlumat yayıb.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 15 nəfər ölmüş, 50-dən çox insan isə yaralanmışdı.