İtaliyada sualtı qayıq ticarət gəmisi ilə toqquşub

11 May 2017 21:02 (UTC+04:00)

İtaliyaya məxsus sualtı qayıq ticarət gəmisi ilə toqquşub. Trend-in məlumatına görə, sualtı döyüş qayığı Apennin yarımadasının cənubunda, İon dənizində təlimə gedirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sualtı qayıq toqquşmadan sonra bazaya qayıdıb.