Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə yekun vurulub. "Atletiko" öz meydanında Madrid "Real"ını qəbul edib. İlk görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Atletiko", bu görüşdə 2:1 hesablı qələbə qazansa da, finala "Real" adlayıb. Beləliklə, "Real" finalda "Yuventus"la qarşılaşacaq.
Çempionlar Liqası
1/2 final, cavab oyunu
10 may
22:45."Atletiko" - "Real" - 2:1
Qol: Saul Niqes, 12 (1:0), Antuan Qrizmann,16-pen (2:0), İsko, 42 (2:1)
İlk oyun - 0:3
9 may
"Yuventus" - "Monako" - 2:1
Qollar: Mario Mandzukiç, 33 (1:0), Dani Alveş, 45 (2:0), Embappe, 69 (2:1)
İlk oyun - 2:0
Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.