Latviyada əks-kəşfiyyat rəhbərinin kompüteri oğurlanıb

11 May 2017 03:14 (UTC+04:00)

Latviya Konstitusiyanı Müdafiə Bürosunun (əks-kəşfiyyat) direktoru Yanis Mayzitisin mənzilinə girən naməlum şəxslər onun kompüterini oğurlayıblar. Trend-in məlumatına görə, Büro rəsmisi bildirib ki, oğurlanan kompüter direktorun şəxsi kompüteri olub və içərisində heç bir gizli informasiya olmayıb.

Kompüterlə yanaşı mənzildən daha bir neçə əşyanın oğurlandığı deyilir.