Lavrov Trampla görüşdən danışdı

11 May 2017 01:34 (UTC+04:00)

Vaşinqtonda keçirilən görüşlərin Suriyada siyasi həll yoluna töhfə verəcəyini gözləyirik. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Rusiya və ABŞ arasında Suriyadakı zorakılığa son qoymaq məsələsində ortaq mövqeyin olduğuna diqqət çəkən Lavrov iki ölkənin Astana və Cenevrədə birgə çalışmağa davam edəcəklərini bildirib.