Alman nazir: "Türkiyə də Qərbi Avropaya arxa çevirir"

10 May 2017 23:41 (UTC+04:00)

"Türkiyəyə silah verməkdə davam edə bilərikmi?." Bu fikir Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabrielin yeni kitabında yer alıb. Kitabda Türkiyənin Qərbi Avropadan uzaqlaşmasına diqqət çəkən alman nazir maraqlı nüanslara toxunub:

"Türkiyə də Qərbi Avropaya arxa çevirir, getdikcə oturaq hakimiyyət strukturları yaradır, bu da üzvü olduğu NATO-nun dəyərlərinə qarşı gərginlik yaradır. NATO alyans üçün davamlı strategiyanı yenidən nəzərdən keçirməlidir. Bundan sonra NATO-nun digər üzvlərinə etdiyimiz kimi, heç tərəddüd etmədən daxili təzyiq vasitəsi kimi istifadə edə bilərik".