Binəli Yıldırım bu gün Britaniyaya gedəcək

10 May 2017 02:17 (UTC+04:00)

Türkiyə Baş naziri Binəli Yıldırım Britaniyaya səfər edəcək. Axar.az xəbər verir ki, səfər mayın 10-da gerçəkləşəcək. O, Britaniyada Somali üçün təşkil edilən konfransda iştirak edəcək. Səfər zamanı Yıldırım Britaniya rəsmiləri, iş adamları və media liderləri ilə görüşəcək.