NATO Estoniyada "Bahar Fırtınası"na başlayıb

9 May 2017 03:04 (UTC+04:00)

NATO-nun Estoniyada "Bahar Fırtınası" adı altında təlimi başlayıb. Axar.az xəbər verir ki, bu təlim bu günə qədərki ən böyük oyanış dövrü adlandırılıb. Estoniya Baş Qərargahından bildiriblər ki, təlimdə 9 min əsgər iştirak edəcək.

Təlim mayın 26-da başa çatacaq. Təlimdə İngiltərədən 800, Fransadan 300, Almaniyadan 400 əsgər iştirak edəcək. Kanada, Finlandiya, Gürcüstan, Latviya, Litva, Hollandiya, Polşa, İspaniya, Ukrayna və ABŞ da təlimdə iştirak edən ölkələr arasındadır.