ABŞ-dakı neft quyularının sayı 700-ü ötüb

6 May 2017 17:29 (UTC+04:00)

ABŞ-dakı aktiv neft quyularının sayı 703-ə çatıb. "Baker Hughes" şirkəti xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı 6 ədəd artaraq 703-ə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 16 həftədir ki, artır.