Musa Qasımlı: “Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi” AÇIQLAMA

5 May 2017 09:19 (UTC+04:00)

"Dünya nizamının az qala yox olduğu indiki dövrdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsləri vardır". Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu Forumu keçirməklə Azərbaycan göstərir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır: "Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən güc olduğunu təsdiq edir, digərlərinə nümunə olaraq yol göstərir. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi".