“Ayaks” “Lion”u darmadağın edib

4 May 2017 04:13 (UTC+04:00)

Dünən futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Hollandiya təmsilçisi "Ayaks" turnirin favoritlərindən sayılan Fransanın Avropadakı daha bir təmsilçisi "Lion"u qəbul edib. Bu dəfə də fransızlar meydanı məğlub tərk ediblər. Qarşılama 4:1 hesabı ilə "Ayaks"ın qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu mərhələnin cavab görüşləri mayın 11-də keçiriləcək.

Yarımfinal, ilk oyun

3 may

20:45. "Ayaks" (Hollandiya) - "Lion" (Fransa) - 4:1
Qollar:
Traore, 25 (1:0), Dolberq, 34 (2:0), Yanes, 49 (3:0), Valbuena, 66 (3:1), Traore, 71 (4:1)

4 may

23:05. "Selta" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)