Ərdoğan və Putin bu gün Soçidə görüşəcəklər

3 May 2017 03:05 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin bu gün Soçidə hərbi-texniki əməkdaşlıq məsələsini müzakirə edəcək. Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Putin və Ərdoğan Suriya böhranını və ikili əlaqələri müzakirə edəcək. Liderlər həmçinin hərbi-texniki məsələlər barədə detallı şəkildə fikir mübadiləsi aparacaq", - Rusiya rəsmisi bildirib. Qeyd edək ki, bu görüşdə Ərdoğanın Rusiyadan S-400 raket kompleksinin alınması üçün Putinlə yekun danışıq aparacağı da ehtimal edilir.