Lətafət Ələkbərova yenidən ekranlara dönür

2 May 2017 16:04 (UTC+04:00)

Efirdən uzaqlaşan aparıcı Lətafət Ələkbərova yenidən ekranlara geri dönür. SİA-nın məlumatına görə, aparıcı yenidən "Xəzər" telekanalında işə başlayıb. Bu haqda L.Ələkbərovanın özü xəbər verib: "Son montaj işləri gedir. Yaxın günlərdə yeni layihəm "Xəzər TV"də başlayır".