Pirallahıda ev yanıb ölən var

2 May 2017 15:01 (UTC+04:00)

Pirallahı rayonunda ölümlə nəticələnən yanğın olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 2-də saat 2 radələrində Pirallahı rayonunun S.Bağırov küçəsində yaşayan Oleq Akimovun evində yanğın baş verib. Nəticədə evin 20 kvm. sahəsində yanar konstruksiyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Araşdırma aparılır.